PanelAz saytından istifadə etməklə aşağıdakı qaydaları qəbul etmiş olursunuz.
1. Ümumi Qaydalar
- PanelAz sosial şəbəkələr üçün izləyici, bəyənmə, baxış və digər onlayn xidmətlər təqdim edir.
- Qaydalar istənilən vaxt yenilənə bilər və dəyişikliklər saytda dərc olunduğu andan qüvvəyə minir.
- Panelaz saytında qeydiyyatdan keçmiş hesabların satışı qəti qadağandır və bu qaydanın pozulması hesabın bağlanmasına səbəb ola bilər.
2. Xidmət Haqqında
- Bütün xidmətlər rəqəmsal xarakter daşıyır və ödənişdən sonra avtomatik başlayır.
- Eyni servisdən vurulan sifariş tamamlanmadan eyni link və servis ilə sifariş verməyin əks halda sifarişlərdə əksik və ya göndərilməmə halı baş verə bilər, bu halda məsuliyyət istifadəçiyə aiddir.
- Xidmətlərin qalıcı olacağına zəmanət verilmir.
- Başlanğıc sayının altına düşən QARANTİLİ sifarişlərə BƏRPA VERİLMİR.
3. İstifadəçi Məsuliyyəti
- Xidmətlər yalnız qanuni məqsədlərlə istifadə olunmalıdır.
- Saxta məlumat verən və ya qaydaları pozan istifadəçilərin hesabı bağlana bilər.
- Səhv link ilə verilən sifarişlər üçün geri ödəniş tələb oluna bilməz, bu zaman məsuliyyət istifadəçinindir.
- İstifadəçi öz hesabının və giriş məlumatlarının təhlükəsizliyinə cavabdehdir.
4. Ödəniş Qaydaları və Kart Təhlükəsizliyi
- Minimum ödəniş məbləği 1 AZN-dir.
- Rəqəmsal xidmətlər olduğuna görə ödənişlər geri qaytarılmır.
- Kart Limiti: Bir istifadəçi hesabı vasitəsilə maksimum 2 müxtəlif bank kartından sərbəst ödəniş edilə bilər.
- 3-cü və daha çox fərqli bank kartı ilə ödəniş edilərsə, istifadəçi kartın şəxsən özünə aid olduğunu təsdiq etməlidir.
- Kartın aidiyyatı təsdiq edilmədiyi təqdirdə, ödəniş qəbul edilməyəcək və vəsait balansa yüklənilməyəcəkdir.
5. Hesab Təhlükəsizliyi və Dublikat Hesablar
- Hər bir fiziki şəxs yalnız bir fəal hesaba malik ola bilər. Eyni şəxs tərəfindən müxtəlif e-poçt və ya məlumatlarla açılmış çoxsaylı hesablar (multi-account) qadağandır.
- Eyni bank kartının birdən çox fərqli istifadəçi hesabında istifadə edilməsi sistem tərəfindən fırıldaqçılıq cəhdi kimi qiymətləndirilir və hesablar bloklanır.
- Sistem tərəfindən aşkar edilən dublikat hesablar xəbərdarlıq edilmədən dondurulur və balans geri qaytarılmır.
6. Məsuliyyət Haqqında
- PanelAz sosial şəbəkələrin dəyişiklikləri, alqoritmləri və ya hesab bağlanmaları ilə bağlı məsuliyyət daşımır.
- İstifadəçi qəbul edir ki, xidmətlər sosial şəbəkələrin qaydaları ilə zidd ola bilər.
7. Qadağan Olunan İstifadə
- Spam, qanunsuz fəaliyyət, müəllif hüququ pozuntusu, zorakılıq və nifrət dolu məzmun üçün xidmətlərin istifadəsi qəti qadağandır.
- PanelAz.com üzərindən adminlərə qarşı etikdən kənar sözlər işlədilməməlidir, əks halda hesabınız ömürlük blok ola bilər.
8. Əlaqə
📧 E-poçt: support@panelaz.com
🌐 Telegram: @PanelAzDestek